Orban Trampın Rusiya neftindən imtina etmək tələbinə qarşı çıxıb

Sentyabr 26
13:22
2025
Macarıstanın Baş naziri Viktor Orban ABŞ Prezidenti Donald Trampın tələbinə açıq şəkildə qarşı çıxaraq, Rusiya enerji daşıyıcılarının alışlarını dayandırmaqdan imtina edib.
APA xəbər verir ki, Orban bu barədə dövlət radiosuna müsahibəsində bildirib.
Baş nazir qeyd edib ki, Macarıstan dənizə çıxışı olmayan ölkədir və Rusiyadan boru kəmərləri ilə gələn neft və qazdan imtina etmək ölkə iqtisadiyyatını məhv edər.