SON XƏBƏR

Oqtay Gülalıyevin vəziyyəti yenidən pisləşdi

Avqust 06
12:01 2021
Bir müddət əvvəl səhhətində irəliləyiş qeydə alınan hüquq müdafiəçisi Oqtay Gülalıyevin durumu yenidən pisləşib.

Bu barədə onun oğlu Əli Gülalıyev məlumat yayıb. O, atasının gecə boyu epilepsiya keçirdiyini vurğulayıb:

"Vəziyyəti hələ də ağır olaraq qalır, gecə boyu epilepsiya tutur, bütün bədəni titrək vəziyyətdə suni nəfəs aparatına bağlı saxlanılır. Rəsmən heç nə edilməyib və edilmir.

Dünən Neyrocərrahiyəyə aparılması üçün reanimotoloq gəlsə də, "Gecə Neyrocərrahiyyədə də onsuz heç nə edilməyəcək, sabah apararıq”,- dedilər. Saat artıq 11-dir, bunlar "məsləhətləşmələr aparırıq”, – deyərək hələ də Neyrocərrahiyəyə götürməyiblər. Budur bunlarən analoqsuz səhiyyə sistemi, budur bunların insan həyatına verdiyi dəyər”.

Xatırladaq ki, Oqtay Gülalıyev 2019-cu il oktyabrın 29-da qəza keçirib. Hüquq müdafiəçisini piyada keçidində maşın vurub. O, dərhal Musa Nağıyev adına Bakı Təcili Tibbi Yardım Xəstəxanasına, daha sonra isə Baku City Hospital klinikasına aparılıb. Oktyabrın 30-da isə Respublika Neyrocərrahiyyə xəstəxanasında əməliyyat keçirib. Bundan sonra O. Gülalıyev Heydər Əliyev Fondunun dəstəyi ilə müalicə üçün Türkiyəyə göndərilib. 2021-ci il yanvarın 25-də isə Azərbaycan həkimlərinin Oqtay Gülalıyevin beynində fəsad yaranmasına gətirib çıxaran hərəkətləri ilə bağlı Baş Prokurorluq təkrar təhqiqata başlayıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook