SON XƏBƏR

Oqtay Əsədovun həyat yoldaşı Moskvada 14 milyon qazanıb – FOTOFAKT

May 16
15:09 2022
Milli Məclisin sabiq sədri və hazırda millət vəkili olan Oqtay Əsədovun həyat yoldaşı Zemfira Əsədovaya məxsus olduğu bildirilən və Rusiyada fəaliyyət göstərən "Arizarum Qrup” şirkətinin 2021-ci il üçün əldə etdiyi gəlirlər açıqlanıb.

Yeniavaz.com Rusiyanın müvafiq rəsmi qurumlarının açıqladığı məlumatlara istinadən bildirir ki, "Arizarum Qrup” ötən il 14 milyon 45 min rubl gəlir əldə edib.

Mərkəzi Bankın açıqladığı rəsmi məzənnə (1 rub/0,0263 azn) ilə hesabladığımız zaman bu məbləğ 369 min dollara bərabər olur. Əvvəlki illə müqayisdə "Arizarum Qrup”un gəliri 1,7% və ya 230 min rubl artıb.

Məlumat üçün bildirək ki, "Arizarum Qrup” 14.01.1998-ci ildən fəaliyyət göstərir. Hüququ ünvanı Moskva şəhəri, Bakı küçəsi, ev 29-da yerləşən şirkətin yeganə sahibi Əsədova Zemfira Adil qızıdır. Şirkətin direktoru isə Nazarova Larisa Aleksandrovnadır. Nizamnamə kapitalı 10 min rubl (260 dollar) olan şirkətin restoran sektorunda fəaliyyət göstərdiyi qeyd olunur.

Qeyd edək ki, bir-neçə il əvvəl mətbuatda "Arizarum Qrup”un sahibi olan Əsədova Zemfira Adil qızının Milli Məclisin sabiq sədri Oqtay Əsədovun həyat yoldaşı Əsədova Zemfira Adil qızı ilə eyni şəxs olduğu barədə məlumatlar yer alıb. Bu məlumatlar Oqtay Əsədov və həyat yoldaşı tərəfindən təkzib olunmayıb.

Onu da qeyd edək ki, Oqtay Əsədovun həyat yoldaşı eyni zamanda Nizami rayonunda yerləşən 175 saylı Körpələr evi-uşaq bağçasının müdiridir. Zemfira Əsədova həm də "Məktəbəqədər və ibtidai təhsil” jurnalının redaksiya heyətinin üzvüdür.
 

 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook