SON XƏBƏR

Oqtay Əsədov: “Əfv olacaq”

Dekabr 18
14:53 2015
Milli Məclisin növbəti plenar iclası spiker Oqtay Əsədovun sədrliyi ilə öz işinə başlayıb. İclasın gündəliyinə 40 məsələ daxildir.
 
Cari məsələlərin müzakirəsi zamanı çıxış edən deputat Sahib Alıyev ABŞ konqresində Helsinki komissiyasının sədri Kris Smitin hazırladığı "məlum və üzdəniraq qanun layihəsi” haqqında danışdı. S.Alıyev dedi ki, ABŞ və Azərbaycan arasında əməkdaşlıq təkcə bu iki ölkənin maraqlarına xidmət etmir, hətta regionda təhlükəsizliyin təmin olunmasında rol oynayır: "Amma bəzi ermənipərəst konqresmenlər zaman-zaman bu əməkdaşlığa xələl gətirən addımlar atır”. S.Alıyev Dağlıq Qarabağ separatçılarının ABŞ Konqresində yüksək səviyyədə qəbul olunduğunu, "Dağlıq Qarabağın təcavüzə məruz qalması barədə bəyanatlar” verildiyini söylədi.
 
Çıxışa çoxsaylı deputatların yazıldığını deyən O.Əsədov əvvəlcə bu məsələ ilə bağlı fikirlərini səsləndirdi: "Yarım saat qabaq mən məlumat verdilər. Erməni milli komitəsinin (ANCA) sədri Aram Hamparyan tvitter səhifəsində K.Smitlə birgə şəklini qoyub. Qeyd edib ki, Smit onun işini dəstəkləmək üçün Amerika Konqresində görüşlər keçirib. Çox təəssüflər ki, bunun qanun layihəsini bizim bəzi jurnalistlər şok hadisə kimi təqdim edirlər. Nə şok? Təsəvvür edin ki, bizdə bir komissiya layihə hazırlayır. Bunu şişirtmək düzgün deyil”.
 
O.Əsədov naraahtlıq üçün əsas olmadığını bildirdi: "ABŞ Konqresində Azərbaycanın dostları, ədalətli deputatlar da var. Mən əminəm ki, bu qanun layihəsi keçməyəcək. Burda xüsusi məqsədlər var. Əvvəla, Azərbaycan prezidenti hər il 31 dekabrda əfv fərmanı imzalayır, ilin sonunda da növbəti əfv gözlənilir. Burda məqsəd odur ki, əfv imzalananda desinlər, "biz təsir etdik, əfv verildi”. İkinci məqsəd də münasibətlər gərginləşsin, biz də üzə düşək, əfv verməyək, o halda Azərbaycana təzyiqləri artırsınlar. Biz bu məsələlərə çox böyük diqqət verməliyik”.
 
Spiker mediaya da müraciət etdi: "Xahiş edirəm jurnalistlər ABŞ səfirliyinə müraciət etsinlər. Səfirlik jurnalistlərə açıqlama versin, qoy desin, bu, Amerika hökumətinin, Departamentin mövqeyidir, yoxsa erməni təsiri altında olan bir konqresmenin? Qoy səfir mövqeyini bildirsin bu konqresmenin sözlərinə”.
 
Komitə sədri Səməd Seyidov isə "cənab Smit bu qanun layihəsini təqdim edərək böyük bir provakasiyanın əsasını qoyub” söylədi. S.Seyidov dedi ki, Konqresə indiyədək 4 min belə sənəd qəbul oluinub, ancaq cəmi 130-u qəbul olunub. Odur ki, bu sənədin qəbul edilməsi mümkün deyil.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook