"Onların heyvandan fərqi yoxdur" - Fikrət Cəfərli
Fevral 04
17:07
2016
"Millətin parlaq şəxsiyyətləri onun tarixi nailiyyətidir. Dövlətin banisi olan şəxsiyyət və şəhidləri isə onun and yeri, qürur mənbəyidir. Lakin təəssüflər olsun ki,millətin bəzi yaramaz ünsürləri nəinki tarixi şəxsiyyətlərimizə hörmətlə yanaşır, hətta Azərbaycandan kənar dövlət xadimləri, siyasi beyin mərkəzləri Məhəmməd Əmin Rəsulzadəni dövlərimizin banisi saydığı halda, bəzi milli mənsubiyyətimizə ləkə vuranlar onun heykəl və büstlərinə çuval keçirdirlər".
Bunu Arqument.Az-a açıqlamasında Fikrət Cəfərli deyib.
Onun sözlərinə görə, tarixi şəxsiyyətlərinə sayğısı olmayan ünsürlər nə dövlətinə, nə də tarixinə sayğı ilə yanaşa bilər: "Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadəni sevməyən azərbaycanlı ola bilməz. Yaşadığı dövlətə və onun qurucu babalarına sayğısız yanaşan ünsürlərlə heyvanlar arasında heç fərq olmaz. Heyvanların da onlar kimi nə tarix anlayışı olur, nə də tarixləri. Hesab edirəm, belə həssas məsələlərdə, fəal vətəndaş mövqeyi və yaradıcı həyat tərzi yaşayan aydınlarımız tarixi şəxsiyyətlərimizin bəzi yaramaz ünsürlər tərəfindən alçaldırılmalarına seyirçi qalmamalı və konkret mövqe sərgiləməlidirlər".



