"Onkoloji xidmət üçün dövlət büdcəsindən ayrılan vəsait azdır" - Əhliman Əmiraslanov
![](https://qlobal.az/photo/680x365/2023-11/1699009766_e8433d0c-79a9-48ce-837f-cddff3ac0b7d.jpg?1722039242)
Noyabr 03
15:09
2023
Onkoloji xidmət üçün dövlət büdcəsindən 50 milyon manat vəsait ayrılıb. Lakin bu vəsait onkoloji xəstəliklərin müalicəsi, maddi-texniki bazanın möhkəmləndirilməsi üçün azdır.
"Report” xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov parlamentdə "Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində deyib.