Onkoloji xəstələrə hansı halda əmək pensiyası təyin olunacağı açıqlanıb
İyul 26
14:17
2022
Dövlət Sosial Müdafiə Fondu onkoloji xəstələrin hansı halda pensiyaya çıxacağına aydınlıq gətirib.
Eyvaz İsmayılov bildirib ki, hərbi qulluqçular istisna olmaqla, digərlərinə pensiya xəstəliyin və əlilliyin səbəbindən asılı olmayaraq, yalnız əmək qabiliyyətinin itirilmə faizlərinə uyğun staj və kapital tələbi varsa, təyin edilir: "Xəstəlik əlillik dərəcəsinə gətirib çıxararsa, o halda qanunvericilikdə nəzərdə tutulmuş şərtlərə uyğun olaraq pensiya təyin edilir. Yəni 81%-dən 100%-ə qədər əmək qabiliyyətinin itirilməsi müəyyən olunmuş şəxslərə pensiya təyin olunması üçün azı 5 il staj, bu halda şəxsin yaşı 30-dan çoxdursa, əlavə 4 ay staj tələb olunur. 31%-dən 80 %-ə qədər əmək qabiliyyətinin itirilməsi müəyyən olunmuş şəxslərə pensiya təyin olunması üçün isə azı 5 il staj, bu halda şəxsin yaşı 30-dan çoxdursa, əlavə 4 ay staj tələbi və əlavə pensiya kapitalı tələb olunur”.