SON XƏBƏR

“Oğlumun siyasi fikirlərinə müdaxilə etməyəcəyəm”

Yanvar 06
11:03 2016
Yeni Azərbaycan Partiyasının (YAP) keçmiş funksionerlərindən biri, Müdafiə Nazirliyinin mətbuat xidmətinin sabiq rəisi Eldar Sabiroğlunun oğlu Rüfət Səfərov prokurorluq orqanlarındakı vəzifəsindən istefa verəndən sonra ata-oğul arasında ardıcıl müraciətlər yayılır. Mətbuat vasitəsilə atanın oğula, oğulun ataya müraciət etməsi ictimaiyyətdə ata-oğul arasında soyuq münasibətlərin yaranması kimi qiymətləndirilib. Əksəriyyət belə düşünür ki, bu cür müraciətlərdənsə ata-oğulun bir araya gəlib məsələni həll etməsi daha məqsədəuyğundur.
 
Eldar Sabiroğlu özü ilə oğlu barədə yayılanlara münasibət bildirib: "Mətbuat vasitəsilə oğlumun mənə, mənim də oğluma müraciət ünvanlamağımız insanların haqlı marağına səbəb olub. Görünür, oğlumla aramızda olan məsələnin ya mahiyyətindən xəbərsizdirlər, ya da hansısa çaşdırıcı faktlar bu cür düşünməyə vadar edir. Nə mən Rüfətlə mətbuat dililə danışıram, nə də o mənə həmin davranışı nümayiş etdirir.
 
Oğlumla mətbuat vasitəsilə danışmağı qarşıma məqsəd qoymamışam. Mətbuat vasitəsilə oğluma müraciət etməyimin səbəbi o idi ki, o zaman Zərdabda idi. Mən ora getməmişdim. Getməməyimin səbəbi də başqa idi. Fikirləşdim ki, Zərdab rayonuna səfər etsəm başqa fikirlər ortaya atarlar”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook