SON XƏBƏR

"Oğlumun öldürülməsi vəzifəli şəxslərin korrupsiya, gəlir mənbəyinə çevirilib" - Prezidentə müraciət olundu

Aprel 12
11:10 2023
Lənkəranda tanınmış stomatoloq Müşfiq Bağırovun intiharı işi üzrə adı keçən şəxslərin məsuliyyətə cəlb edilməməsi ilə əlaqədar olaraq atası Zaman Bağırov Prezident İlham Əliyevə müraciət edib.

"Oğlumun öldürülməsi vəzifəli şəxslərin korrupsiya, gəlir mənbəyinə çevirilib"

Qlobal.az Tribunainfo.az-a istinadla bildirir ki, mərhumun atası oğlunun İ.Teymurov və A. Abdullayev tərəfindən təhdid edilərək intihar həddinə çatdırılıb özünü öldürməsi faktı üzrə cinayət işinin Lənkəran Prokurorluğundan alınaraq Baş Prokurorluğun istintaq idarəsinin müstəntiqi Pərviz Cəlilova verildiyini bildirib.

Onun sözlərinə görə, buna baxmayaraq, cinayətkarlar barədə heç bir tədbir görülməyib. "Əksinə oğlumun öldürülməsi vəzifəli şəxslərin korrupsiya, gəlir mənbəyinə çevirilib. Xahiş edirəm ki, bu korrupsiya prosesinin dayandırılmasına və cinayətkarların həbs edilməsinə göstəriş verəsiniz”- deyə Z.Bağırov prezidentə müraciətində xahiş edib.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook