"Oğluma xəstə diaqnozu qoyub əsgər aparmırlar"
Avqust 10
11:37
2016
Bakı şəhəri, Suraxanı rayon,Yeni Günəşli qəsəbəsi, "V” Yaşayıç massivi, ev.4, m.18-də yaşayan vətəndaş Səmədova Aysel Bilal qızı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimova müraciət edib.
Vətəndaş qurumdakı rüşvətxorluq və süründürməçilikdən şikayətçidir.
Arqument.Az A.Səmədovanın dövlət qurumlarına və Arzu Rəhimova ünvanladığı müraciəti olduğu kimi təqdim edir:
"Cənab Arzu Rəhimov!
Oğlum, 1997-ci il təvəllüdlü Nicat İsrafilzadə 2015-ci ilin sentyabr ayından hərbi çağırışçıdır və oktyabr ayında hərbi qulluqda olmalı idi. Amma oğlum Suraxanı rayon hərbi komissarlığının laqeydliyi və intizamsızlığı üzündən, üstəlik də, 2 saylı Psixoloji əsəb xəstəxanasının həkimi İradə İbrahimovanın rüşvətxorluğu, acgözlüyü, laqeydliyi üzündən hərbi xidmət gedə bilməyib. İradə İbrahimova şəxsən mənim özümdən 200 AZN məbləğində pul istədi. Mən bu pulu verə bilmədim. O gündən sonra İbrahimova mənimlə intriqa aparır.
Cənab general-leytenant, hətta onun özü ilə söhbətimdə bildirdim ki, "Sənin kimi dələduzlardan ötrü istəmirəm ki, uşağım qulluq eləsin". Mən, Səmədova Aysel həmin xəstəxananın həyətində gördüklərimin, eşitdiklərimin şahidi olandan sonra başımda tüklərim biz-biz oldu. Yoxsa, mənim kimi "qara fəhlə", 150-200 manata qulluq eləmiş olsaydı, indi xaricdə kef eləməzdi. Oğlum üçün yazdığı tibbi sənədi yalançı faktlarla doldurub. Pula görə bir cavanın müqəddəratı, taleyi ilə bu qədər oynamaq olmaz. İndi deyin görüm, mən hansı dövlət məmuruna inanım və etibar edim? Bizim gələcəyimiz olan cavanlara həm mənəvi travma, həm də psixoloji problemlərlə bağlı böhtan ştampı qoyan bir dövlət strukturunda çalışan belə şəxslərdən, görəsən, nə vaxt canımızı qurtaracağıq?!
Güman edirəm ki, siz onlardan biri deyilsiniz və ola da bilməzsiniz. Ona görə də ümid edirəm ki, məsələyə aydınlıq gətirəcəksiniz və şəffaf yanaşacaqsınız. Buna mən məmur süründürməçiliyi adı verirəm. Biz nə vaxta kimi İradə, Qurban kimilərinin qurbanı olacağıq?
Mənim dəlil və sübutlarım eşitdiklərim və gördüklərimdir və yaşadıqlarımdır. Hərbi xidmətdən yayınanlardan və hərbi xidmətə yararsızlardan, kimlərdən nə qədər pul alıb hərbi bilet verdikləri uşaqlar barədə məlumatım var. Bir də mənim oğlum kimi vətənpərvər, 180 boyunda, 78 kq çəkidə, 9 ilin ən fəal, dəfələrlə medallarla təltif olunmuş və orta məktəbi əla qiymətlərlə bitirmiş ən fəal idmançı, heç vaxt bir xəstəlikdən şikayəti və xəbəri olmayan birisini ömürlük xəstə damğası ilə şəxsi mənafe naminə şərləyib geri atırlar.
Xahiş edirəm, düzgün münasibət göstərəsiniz. Mən 18 il oturub bugünkü günü gözləmişəm. Mənim övladıma yalançı diaqnozlar qoyublar və işsizlikdə və travma ilə doğulması faktı ilə yalançı ittihamlar irəli sürürlər. Mən indiki hərbi komissara müraciət elədiyimdə o da belə cavab verdi: "Aysel xanım, mən heç nə edə bilmirəm, imkanım daxilində deyil, onlara tabeyəm və onlardan asılıyam".
Bircə onu başa düşə bilmədim ki, "onlar" kimdir?".
Müraciətdəki iddialarla bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən mövqe öyrənmək mümkün olmadı.
Arqument.Az