Olland Moskvada Putinlə görüşəcək
Noyabr 17
12:17
2015
Fransa prezidenti Fransua Olland yaxın zamanlarda amerikalı və rusiyalı həmkarı – Barak Obama və Vladimir Putinlə görüşməyi planlaşdırır. Musavat.com-un xarici qaynağa istinadən verdiyi məlumata görə, bu barədə Fransa dövlət başçısının özü bildirib.
"Mən yaxın günlərdə Barak Obama ilə Vaşinqtonda, sonra isə Moskvada prezident Vladimir Putinlə görüşməyi qərara almışam ki, nəticə əldə eləmək üçün qüvvələrimiz birləşdirə bilək və gecikməyək”, - deyə Fransa lideri ölkə parlamentində çıxışı zamanı qeyd edib.
Ollandın sözlərinə görə, İŞİD terror qruplaşması təkcə Fransa üçün təhlükə yaratmır, ona görə də "terrorizmlə mübarizə üçün birgə səylər lazımdır”.



