Oliqarxlar Saatlıda 4 kəndi susuz qoyub: Başçı kəndlilərdən qaçır
İyul 01
17:05
2021
Saatlının 4 kəndi susuz qalıb.
Qlobal.az xəbər verir ki, bu barədə HİT.Az-a rayon sakinləri məlumat verib. Onların sözlərinə görə, hazırda Azadkənd, Simada, Soltanabad və Mircəlal kəndlərində su yoxdur.
Sakinlər deyir ki, həmin kəndlərdəki arxlar quruyub:
"Kəndin içməli və təsərrüfat suyu bu arxlar vasitəsilə təmin edilirdi. Artıq bir müddətdir ki, arxlar quruyub”.
Sakinlər bildirir ki, Azadkənddə vəziyyət daha acınacaqlıdır. Bu kəndin 2 min nəfərdən çox əhalisi var.
"Kənddə "Lenin arxı” deyilən bir arx var, artıq quruyub. Kənd camaatı müvafiq qurumlara müraciət etsə də, nəticəsi olmayıb. Rayonun icra başçısı iyunun 28-də kəndə gələrək şəhidlərin xatirəsinə ucaldılan abidənin açılış mərasiminə qatılmalı idi. Kənd sakinləri də düşünürdü ki, tədbirdən sonra icra başçısından suyun hesabını sorsunlar. Bundan xəbər tutan icra başçısı açılış mərasiminə gəlməyib”, - deyə sakinlər əıavə edib.
Onların sözlərinə görə, arxların quruması səbəbsiz deyil:



