SON XƏBƏR

Obamanın itini oğurlamaq istədilər

Yanvar 09
22:47 2016
Vaşinqtonda prezident Obamanın iki itindən biri, Bonu oğurlamaq istəyən səbatsız kişi saxlanılmışdır. The Washington Post - un verdiyi xəbərə görə, xüsusi orqanlar cinayətkarı Vaşinqton otellərindən birində saxlayıb.
 
Oxu.az bildirir ki, Şimali Dakotadan olan saxlanılmış 49 yaşlı Skott Stokertin avtomobilində soyuq və odlu silah arsenalı: ov tüfəngi, tüfəng, 350-dən artıq patron, həmçinin polis dəyənəyi və maçete - aşkarlanıb.
 
Saxlanılandan sonra Stokert bildirib ki, onun adı İsa Məsihidir, valideynləri isə amerikanın gözəl qadını Merilin Manro və ABŞ-ın 35-ci prezidenti Con Kenedidir.
 
Hüquq-mühafizə orqanlarının Stoukerin psixikası ilə hər şeyin qaydasında olmaması haqqında ehtimalları onun özünün Amerika prezidentliyinə namizədliyini irəli sürmək istəməsi bəyanatı ilə təsdiqlənib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook