SON XƏBƏR

“Obamanın dəvəti Azərbaycan-Amerika münasibətləri üçün vacibdir” –Ekspert şərhi

Yanvar 06
17:23 2016
"ABŞ prezidenti Barak Obamanın azərbaycanlı həmkarı İlham Əliyevi Vaşinqtona nüvə sammitinə dəvət etməsi iki ölkə arasındakı münasibətlərin normallaşması baxımından vacibdir”.
 
Musavat.com-un məlumatına görə, bu fikri politoloq Elxan Şahinoğlu bildirib: "Barak Obama ötən dəfəki sammitə İlham Əliyevi dəvət etməmişdi, əvəzində Ermənistan prezidenti Serj Sərkisyan Vaşinqtona getmişdi, bu da Azərbaycan hakimiyyətinin narazılığına səbəb olmuşdu. Bu dəfə Vaşinqton fərqli qərar verdi. Tədbir 31 martda keçiriləcək. Rəsmi Bakı bu tədbirə qədər siyasi və ya mübahisəli adlandırılan məhbusların əfv edilməsinə qərar verərsə, bu həm İlham Əliyevin Vaşintona səfərinin əhəmiyyətini artıracaq, həm də iki ölkə arasındakı münasibətlərdə yeni səhifə açılacaq. Eyni zamanda Konqresdə Kristofer Smitin qanun layihəsinin, o cümlədən "Maqnitski qanunu"nun Azərbaycana tətbiqinin qarşısını almaq mümkün olacaq”.-deyə politoloq bildirib.
 
Qeyd edək ki, ABŞ prezidenti Barak Obama Azərbaycan prezidenti İlham Əliyevi 2016-cı ildə Vaşinqtona keçiriləcək IV Nüvə Təhlükəsizliyi Sammitinə dəvət edib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook