Obama və Tramp arasında növbəti görüş keçirilib
Noyabr 23
07:13
2016
ABŞ-ın hazırkı və yeni seçilmiş prezidentləri Barak Obama və Donald Tramp arasında noyabrın 10-da Ağ Evdə keçirilən danışıqlardan sonra daha bir görüşün keçirildiyi məlum olub.
APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin mətbuat katibi Coş Ernest bildirib.
"Prezident Oval kabinetdəki məlum görüşdən sonra Donald Trampla azı bir dəfə danışıqlar aparıb”, - deyə Ernest Vaşinqtonda brifinq zamanı bildirib.
Ağ Ev nümayəndəsi görüşün təfərrüatlarını açıqlamaqdan imtina edib.