Obama Rusiyaya qarşı sanksiyaların müddətini uzatdı
Mart 03
16:18
2016
Sanksiyalar bəzi rus biznesmenləri, Donetsk və Luqansk "respublikalarını” və s. əhatə edir.
ABŞ prezidenti Barak Obama Ukraynanın şərqindəki böhranla əlaqədar Rusiyaya tətbiq edilən sanksiyaların müddətini daha bir il uzadıb.
Bu barədə Ağ evin mətbuat xidməti məlumat yayıb.
ABŞ lideri 13660 nömrəli fərmanla keçən il Rusiyaya qarşı tətbiq edilən sanksiyaların müddətini bir il uzadılmasına dair qərar verib.
"Mən bir il fövqəladə vəziyyəti uzadıram, bu barədə 13660 nömrəli fərman elan edilib”, – deyə sənəddə deyilir.
Keçən ilin sonunda ABŞ Rusiyaya qarşı sanksiyaların siyahısını yeniləyib. Siyahıya 34 fiziki və hüquqi şəxs düşüb.
Qeyd edək ki, bu sanksiyalar aralarında rəsmilərin də olduğu bir çox Rusiya vətəndaşlarına və Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin dövründə hökumətdə vəzifə tutan bəzi şəxslərə şamil edilib.
Bununla yanaşı, məhdudiyyətlər Rusiyanın bəzi iri biznesmenlərini, separatçı Donetsk və Luqansk "xalq respublikalarının” rəhbərliyini və bir neçə kompaniyanı da əhatə edir.
(ans)



