Obama: "Dünya terrorizmə qarşı birləşməlidir"
Mart 22
21:28
2016
ABŞ prezidenti Barak Obama Belçikanın paytaxtı Brüsseldə çox sayda insanın ölümünə və yaralanmasına səbəb olan hücuma dair açıqlama verib.
Məlumata görə, Obama Brüsseldə törədilən hücumların alçaqca olduğunu bildirib.
Obama dəhşətli hücumu bu sözlərlə qınayıb: "Bu hücumlar dünyanın terrorizmə qarşı birləşməli olduğunu bir daha göstərdi. Amerikalıların duaları Belçika xalqı ilə birlikdədir”.
ABŞ lideri hücumun araşdırılması üçün Belçika qurumlarına kömək etməyə hazır olduqlarını da qeyd edib.
Obama həmçinin Belçikanın baş naziri Şarl Mişelə zəng edərək, başsağılığı verib. (musavat.com)
Qlobal.az



