Obama bir ilkə imza atdı
Mart 19
09:23
2016
ABŞ Prezidenti Barak Obama tərəfindən qadın hərbçi ilk dəfə Şimal Komandanlığına namizəd olaraq göstərilib.
Axar.az xəbər verir ki, bu sözləri ABŞ Müdafiə naziri Eşton Karter deyib.
Onun sözlərinə görə, Hərbi Hava Qüvvələrində çalışan Lori Robinson adlı qadın Obama tərəfindən Şimal Komandanlığına namizəd kimi irəli sürülüb:
"Əgər namizəd vəzifəyə təyin olunarsa, bu, ABŞ tarixinə ilk qadın komandan olaraq düşəcək. Fərqli durumla qarşı-qarşıyayıq. Xeyli güclü qadın hərbçilərimiz hazırlanır. Düşünürəm ki, Lorinin potensialı bu vəzifəyə tam uyğun gəlir”.
Qlobl.az



