"O mənə ər olmadı" - Xalq aritsti od püskürdü
Yanvar 18
16:45
2016
Xalq artisti Nazpəri Dostəliyeva dünyasını dəyişən keçmiş həyat yoldaşından danışıb.
Qlobal.az-ın lent.az-a istinadən məlumatına görə, müğənni onun övladlarına atalıq etmədiyini bildirib:
"Biz boşansaq da övladlarımla münasibəti hər zaman yaxşı olub. Həyat yoldaşım indi haqq dünyadadır. Heç nə gizlətmək istəmirəm, mən ondan nə aliment aldım, nə də 1 qəpik maddi yardım istəmədim. Heç övladlarıma atalıq da edə bilmədi. Çox uzaqlarda oldu. Biz boşanan kimi ailə qurdu. Bir sözlə, onun ayrı ailəsi, uşaqları oldu. Ailəmin dağılmasına səbəblər var idi. Ayrılmağı da haqlı olaraq mən istədim. Amma ayrılanda nə olar ki? Ata övladdan uzaq olmamalıdır. Böyük oğlumu qayınanam 7 il rayonda saxladı, övladımı mənə qaytarmaq istəmirdi. Onun bu istəyini bilib, dərhal yollandım rayona. Qayınanama dedim ki, sən də anasan, məni öldür, amma övladımı ver. Övladlarımın hərəsinin ayrı-ayrı yerlərdə tərbiyə almasını istəmirəm. Mənim bu sözlərimə və göz yaşlarıma qayınanam acıdı və övladımı özümə qaytardı. Oğlanlarımı özüm böyütdüm".
Qeyd edək ki, N.Dostəliyevanın Əli və Əkbər adlı iki oğlu var.