“Nyu York külə dönəcək”
Mart 13
18:14
2016
Şimali Koreyanın ABŞ-ın Nyu York şəhərini darmadağın edə biləcək hidrogen bombası atmaq qabiliyyətinə malik olduğu iddia edilib.
Axar.az xəbər verir ki, bu barədə Pxenyan hökumətinin rəsmi internet saytı "DPRK Tudey”də yayımlanan Jo Hyeonq İl adlı alimin yazdığı məqalədə bildirilib.
"Şimali Koreyanın bir döyüş başlığını uzaq mənzilli raketlə Manhettenə atacağı təqdirdə burada yaşayan hər kəs bir anda öləcək və şəhər külə dönəcək”, - məqalədə bildirilib.
Qeyd edək ki, Şimali Koreya yanvarın 6-da hidrogen bombasını sınaqdan keçirdiyini elan etmişdi.
Qlobal.az



