SON XƏBƏR

“Növbəti prezident Tramp olacaq” - Kennedi

İyul 25
13:55 2024
ABŞ prezident seçkilərində müstəqil namizəd kimi iştirak edən Robert Kennedi hesab edir ki, Amerikanın növbəti prezidenti Donald Tramp olacaq.

"AzPolitika” xəbər verir ki, Kennedi bunu NBC televiziyasına müsahibəsində deyib.

Məhşur Kennedilər nəslindən olan namizəd, Trampın əsas demokrat rəqibi üzərində qələbə çalacağına inandığını söyləyib: "Bilirsiniz, o (Tramp) keçmiş prezidentdir. O, böyük ehtimalla növbəti prezident olacaq”.

Xatırladaq ki, ABŞ-də prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Baydenin Trampla seçkiqabağı televiziya debatındakı fəlakətli çıxışından sonra hazırkı Prezidentin yarışdan çəkilməsilə bağlı çağırışlar çoxalmışdı. İyulun 21-də isə Bayden seçkidə iştirak etməyəcəyini və vitse-prezident Kamala Harrisin namizədliyini dəstəklədiyini açıqladı.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook