Nursultan Nazarbayev partiya sədrliyindən istefa verdi
Noyabr 23
15:07
2021
Qazaxıstanın keçmiş Prezidenti Nursultan Nazarbayev Nur Otan Partiyasının sədrliyindən istefa verib.
Qaynarinfo xəbər verir ki, bunu Nursultan Nazarbayevin mətbuat katibi Aydos Ukibay "Twitter"də yazıb. Nursultan Nazarbayev səlahiyyətlərini ölkənin hazırkı Prezidenti Kasım-Jomart Tokayevə təhvil verib.
"Nursultan Nazarbayev Partiyanın Siyasi Şurasının genişləndirilmiş iclasında Nur Otan Partiyasının sədri səlahiyyətlərinin təhvil verilməsi barədə qərar qəbul edərək bildirib ki, partiyaya prezident başçılıq etməlidir. Səlahiyyətlərin təhvil verilməsi partiyanın nizamnaməsinə uyğun həyata keçiriləcək”, deyə Aydos Ukibay yazıb.
Qeyd edək ki, Nursultan Nazarbayev 30 ilə yaxın Qazaxıstana başçılıq edib. 2019-cu il martın 20-də Təhlükəsizlik Şurasının başçısı və Nur Otan Partiyasının sədri vəzifəsində qalıb. 2021-ci ilin aprelində isə o, Qazaxıstan Xalqları Assambleyasının sədri vəzifəsini tərk etdiyini bildirib.