Nura Surini təhdid edənlər kimdir? - "Telefonuma 10 dəqiqə zəng çatmasa, bilin ki, nəsə olub... "
Dekabr 16
07:12
2025
"İnsanlar var ki, bu həyatda hər şeyi hədə-qorxu və şantajla etdirə bilirlər və edirlər. Mənə hədə-qorxu gəlməyin - onsuz da bu həyat mənasızdır, ölümdən də qorxmuram".
Qlobal.az SAVASHMEDİA.az-a istinadla xəbər verir ki, bu sözləri son günlər Mədəniyyət Nazirliyi ilə problemlər yaşayan tanınmış müğənni Nura Suri sosial şəbəkə hesabında yazıb.
O, konkret ad çəkməsə də həyatı üçün təhlükə olduğunu iddia edib:
"Ört-basdır etsəniz də, bəzi məsələləri hamı anlayır. Şəxsən mən bu gün baş verən hadisəyə də, verilən təkzibə də inanmadım. Yaxın günlərdə telefonuma 10 dəqiqə zəng çatmasa, bilin ki, nəsə olub - hətta sonradan təkzib versəm belə".



