Novella Cəfəroğlu: “Bizim siyahıdan da əfvə düşənlər çoxdur”

May 08
12:16
2023
Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən 801 məhkum əfv olunmuş, onlardan 463 şəxs azadlıqdan məhrum etmə cəzasından, 220 şəxs azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsinin yarısından, 118 nəfər azadlıqdan məhrum etmə ilə bağlı olmayan digər cəzalardan (azadlığın məhdudlaşdırılması, islah işləri, cərimə cəzaları və cəzaya şərti məhkum edilmiş şəxslər) azad edilib.
hüquq müdafiəçisi Novella Cəfəroğlu Cebhe.info-ya açıqlamasında bildirib ki, bu, müstəqillik tarixinin ən böyük əfv sərəncamıdır:
"Bu müstəqillik dönəmində imzalanan ən böyük əhv sərəncamıdır. Bizim təqdim etdiymiz siyahıdan da əfvə düşənlər çoxdur. Əfv sərəncamının imzalanması və çox sayda insanın azadlığına qovuşması olduqca yaxşı haldır. Bütün ailələrə düşərli olsun. Allah məhkum olanların qapısını bir də bağlamasın. Amma doğrudan da cəza alanlar bilsinlər ki, hər bir çirkin işə görə cavabdehdirlər. Bizim dostumuz Elçin Məmməd, Əli Əliyev azadlığa çıxıb. Buna görə çox sevincliyik".
O bildirib ki, 20 ildən artıq cəza çəkənlərin cəza müddətinin azaldılması üçün də səy göstərəcək:
"Bizim siyahıda bloqer, jurnalist, redaktor adları da vardı. Çox istəyərdim ki, ömürlük cəzaya məhkum edilənlərin məsələsi də həll olunsun. Milli Məclisdə bu məsələyə yenidən baxılıb 20 ildən artıq cəza çəkənlərin azadlığa çıxmasının təmin edilməsini istərdim. Məsələn, Elçin Əmiraslanov 27 ildir həbsdədir. Cavan biznesmen İlqar İsmayılovun da azad olunmasını istərdik, günahı yoxdur. Azad olunanlara görə sevincliyik, azad olunmayanların heç olmasa cəza müddətinin azaldılmasına nail olmağa çalışacağıq. Bundan əlavə, 3 nəfər OMON-çu qalıb, onlar üçün də narahatıq. 20 ildən artıq həbs cəzası çəkib islah olunanların azad olunması yaxşı olardı. İstənilən halda, bu sərəncamın imzalanması olduqca yaxşı haldır və sevincliyik".