Norveç Rusiya ilə müharibə təhlükəsi səbəbindən bomba sığınacaqları tikəcək
Yanvar 11
01:35
2025
Norveç Rusiya ilə müharibə təhlükəsi səbəbindən bomba sığınacaqları tikəcək.
"Report" xəbər verir ki, bu iddia ilə ABŞ-nin "Politico" nəşri çıxış edib.
Qeyd olunub ki, Norveç hökuməti 1 000 kvadratmetrdən böyük binalarda bomba sığınacaqlarının məcburi tikintisini bərpa edir.
Məlumata görə, bu, Rusiyadan gələ biləcək hərbi təhdidlərlə bağlıdır.
Ədliyyə naziri Emilie Enger Mehl vurğulayıb ki, sığınacaqlar ehtimal edilən müharibə vəziyyətində mülki şəxslərin müdafiəsi üçün əsas tədbirlərdən biri olacaq.
Məlumata görə, yeni sığınacaqların, həmçinin yeraltı qarajların və metro stansiyalarının təmiri nəzərdə tutulur.