Nizami rayonunda koronavirus (COVID-19) infeksiyasının yarada biləcəyi təhlükəni aradan qaldırmaq məqsədilə təxirəsalınmaz və qabaqlayıcı tədbirlər davam etdirilir
Aprel 06
15:32
2020
Əhalinin sağlamlığının qorunması, koronavirus infeksiyasının yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq Nizami rayonunda zəruri avadanlıq və preparatlarla təchiz olunan işçi qruplar tərəfindən təkrar profilaktik dezinfeksiya işləri aparılıb.
İşçi qruplar yaşayış binalarında, binalardakı ümumi istifadə yerlərində, giriş blokları və pilləkən qəfəsələrində, məişət tullantılarının konteyner meydançalarında, fərdi evlərin və çoxmənzilli yaşayış binalarının həyətlərində, avtobus dayanacaqlarında sakinlərin daha çox istifadə etdiyi yerlərdə, küçə və məhəllədaxili yollarda tibbi-profilaktik və dezinfeksiyaedici işlər apararaq qabaqlayıcı tədbirlər görürlər.
Rayon ərazisində dezinfeksiya işləri gündəlik olaraq aparılır. Bundan əlavə, infeksiyaya yoluxma hallarına yol verilməməsi məqsədilə sakinlərlə aparılan maarifləndirmə işləri də gücləndirilib.
Qlobal.az