Nizami rayonunda Bilik Günü münasibətilə aztəminatlı ailələrlə görüş keçirilib - FOTOLAR
Sentyabr 08
16:31
2022
Nizami rayonunda 15 Sentyabr Bilik Günü münasibətilə aztəminatlı ailələrlə görüş keçirilib.
Qlobal.az Missiya.Az-a istinadla xəbər verir ki, Nizami Rayonu İcra Hakimiyyətinin və "Missiya Group” un birgə təşkilatçılığı ilə keçirilmiş tədbirdə çıxış edən Nizami İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova əvvəlcə tədbir iştırakçılarını Bilik Günü münasibətilə təbrik edib, məktəb şagirdlərinə təhsildə uğurlar arzulayıb.
G.İsrafilova dövlətin və bilavasitə Prezident İlham Əliyevin aztəminatlı ailələrə qayğısından söz açaraq, sosial sahədə həyata keçirilən proqramların, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə gerçəkləşdirilən layihələrin effektiv nəticələr verdiyini vurğulayıb. O, eyni zamanda qeyd edib ki, Azərbaycanda təhsilin inkişafı, yüksək səviyyəli peşəkar kadrların yetişdirilməsi da dövlətin prioritetləri sırasındadır.
Tədbirdə çıxış edən "Missiya Group”un təmsilçisi Nicat Dağlar da öz növbəsində şagirdləri Bilik Günü münasibətilə təbrik edib. Nicat Dağlar qeyd edib ki, "Missiya Group”un həyata keçirdiyi bütün sosial layihələr Prezident İlham Əliyevin çağırışlarından irəli gəlir. "Bu, "Missiya Group”un sosisal məsuliyyətidir” deyən Nicat Dağlar bu kimi layihələrin Nizami rayonunda davamlı şəkildə həyata keçirildiyini də vurğulayıb. Görüşdə Türk Ağsaqqalları Birliyi – TAİB-in İdarə Heyətinin üzvü Eyvaz Hümbətov da çıxış edərək məktəb şagirdlərinə ağsaqqal xeyir-duası verərək onlara təhsil illərində uğurlar arzulayıb. Nizami Rayon İcra Hakimiyyətinin məsul şəxslərinin də qatıldığı tədbirin iştirakçıları dövlətin diqqət və qayğısını daim hiss etdiklərini və müraciətlərinə biganə yanaşılmadığını söyləyərək, Bilik Günü ilə bağlı təşkil olunmuş görüşə görə öz minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, aztəminatlı ailələrin yeni tədris ili ilə bağlı ehtiyacları da qarşılanıb. Onlara Nizami Rayon İcra Hakimiyyəti və "Missiya Group” adından zəruri dəstək göstərilib.