SON XƏBƏR

Nizami rayonunda 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə “İlin yekunları" adlı toplantı keçirilib

Dekabr 28
20:37 2019
27 dekabr 2019-cu il tarixində 210 nömrəli tam orta məktəbdə 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə "İlin yekunları" adlı toplantı keçirilib.

Qlobal.az xəbər verir ki, toplantını giriş sözü ilə açan Nizami Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Səadət Quliyeva tədbir iştirakçılarını qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib və 2019-cu ilin yekunları ilə bağlı geniş məlumat verib.

Sonra 201 nömrəli tam orta məktəbin Uşaq birliyinin rəhbəri Aynur Qasımzadə və Bakı Texniki Kollecinin Tələbə gənclər təşkilatının sədri Nail Nəbiyev çıxış edərək ötən il ərzində keçirilən mədəni kütləvi və idman tədbirlərinin gənclərin hərtərəfli inkişafındakı əhəmiyyətindən danışıblar.

Sonda 2019-cu ildə rayonda keçirilən mədəni kütləvi və idman tədbirlərində iştirak edərək yüksək nəticə göstərmiş gənclərə, həmçinin Bədən tərbiyəsi müəllimlərinə Gənclər və İdman İdarəsinin diplomları və sertifikatları təqdim olunub. 
 

 

 

 

 

 

 

 
 
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook