SON XƏBƏR

"Niyə səma mavi rəngdədir?" - alimlərin maraqlı araşdırması

Yanvar 22
02:23 2025
"Səmanın adi görünən mavi çaları əslində fiziki və kimyəvi proseslərin mürəkkəb qarşılıqlı təsirinin nəticəsidir..."

Alimlər Yer atmosferində səmanın mavi rəng almasına səbəb olan prosesləri izah edib
 
Təbiətdəki rənglər müxtəlif təbiət hadisələrinin təsirindən yaranır və səmanın maviliyi Günəş işığının Yer atmosferində səpələnməsi nəticəsində meydana gəlir.
 
Moderator.az xəbər verir ki, bu barədə "The Conversation" portalı məlumat yayıb.
 
Alimlər bu təəccüblü hadisənin arxasında duran prosesləri ətraflı izah edib. Viskonsin-Stout Universitetinin elm, texnologiya, mühəndislik, riyaziyyat və menecment fakültəsinin dekanı Daniel Fridman qeyd edir ki, planetimizin atmosferi əsasən azot və oksigenin kiçik molekullarından ibarətdir. Bu molekulların ölçüsü cəmi 0,4 nanometrdir. Təxminən 250 000 belə molekul bir insan tükünün üstünə yerləşə bilər.
 
Günəş işığı atmosferə daxil olduqda azot və oksigen molekulları ilə qarşılıqlı təsirə girir. "Səpələnmə" kimi bilinən bu proses işığın molekullara udulması və sonra müxtəlif istiqamətlərə şüalanması zamanı baş verir.
 
Daniel Fridmanın izahına görə, mavi işıq daha qısa dalğa uzunluğuna malik olduğundan, o, digər rənglərə nisbətən daha çox səpələnir. Bu səbəbdən səmanı biz mavi rəngdə görürük. Bu hadisə 1870-ci illərdə ingilis fiziki lord Reyli tərəfindən təsvir edilmiş və "Reyli səpələnməsi" adlanır.
 
Məsələn, karbon qazı və metan kimi qazlar iqlimin tənzimlənməsində mühüm rol oynasa da, onların səmanın rənginə təsiri minimaldır. Əgər Yer Ay kimi atmosferdən məhrum olsaydı, səpələnmə prosesi baş verməzdi və gündüz saatlarında belə səma qara olardı.
 
Kosmik fotoşəkillərdə Ay səmasının Yer səmasının parlaq mavisindən nə qədər fərqli olduğu görünür. Günəş işığının göy qurşağında bütün görünən spektrə (qırmızı, narıncı, sarı, yaşıl, mavi, göy, bənövşəyi) bölünməsi bunun təbii nümunəsidir.
 
Yer atmosferində su damcıları işığı ayrı-ayrı rənglərə ayırır, mavi işıq isə qısa dalğa uzunluğuna görə daha çox səpələnir. Fridmanın sözlərinə görə, səmanın rəngi Günəşin üfüqdəki mövqeyinə görə dəyişir. Səhər və axşam Günəş işığı atmosferin daha sıx təbəqələrindən keçərək daha uzun məsafə qət edir.
 
Səpələnmə zamanı mavi və yaşıl kimi qısa dalğalar, demək olar ki, tamamilə yox olur və uzun dalğalı qırmızı və narıncı çalarlar qalır. Məhz bu çalarlar səmanı günün həmin vaxtlarında inanılmaz dərəcədə isti tonlara boyayır. Eyni Reyli səpələnməsi effekti gündüz mavi səmanın üfüqdə zəngin alovlu rənglərə keçməsini də izah edir.
 
Mənbə: Moderator.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook