Nisə ondan halallıq istəyib ağladı - video
Oktyabr 31
14:03
2015
Əməkdar artist Firuzə İbadova xalq artisti Nisə Qasımovanın "Mənim dünyam” verilişinin qonağı olub.
F.İbadova müğənni ilə uşaqlıqdan rəfiqə olduqlarını deyib:
"Nisə ilə uşaqlıqdan rəfiqəydik. O, Lalə Uşaq Ansamblında oxuyurdu. Səhnəyə çıxanda paltarında bir damcı qırış olsa, ürəyim partlayardı. Konsert məkanından kəndin o başına qaçıb ütü tapır, onun paltarını ütüləyib gətirirdim”.
N.Qasımova F.İbadovadan halallıq istəyərək, göz yaşını saxlaya bilməyib:
"Firuzə xanıma bilmədən çox əziyyət vermişəm. Ondan halallıq istəyirəm. Dost kimi mənə çox əziyyət çəkmisən. Haqqını halal et”.



