Nikol Paşinyan Fransaya gedib
Mart 09
11:15
2022
Ermənistanın Baş naziri Nikol Paşinyan Fransaya işgüzar səfərə gedib.
"Report” "Sputnik Armeniya”ya istinadən xəbər verir ki, hökumət başçısı Parisdə "Ambisiyalar: Ermənistan-Fransa” forumunda iştirak edəcək.
Eyni zamanda, iki ölkənin hökumət üzvləri müxtəlif sahələrdə əməkdaşlığın inkişafı və genişləndirilməsi məsələlərini müzakirə edəcəklər.



