SON XƏBƏR

Nikoil Bank çökür?

Noyabr 15
19:41 2015
Nikoil Bankın mətbuat xidməti bankın çökməsi ilə bağlı xəbərlərə reaksiya verib.
 
Bankdan "Qafqazinfo”ya daxil olan əbərdə bildirilir ki, dünyada iqtisadiyyatında baş verən böhrana baxmayaraq ölkə iqtisadiyyatında böhran hiss olunmayıb və bu sahə dinamik tempi ilə inkişaf edir: "Bunun bariz nümunəsi olaraq qeyd edə bilərik ki, Nikoil Bank ölkənin bank sektorunda öz stabil inkişafını qoruyub saxlayır və deyilənlərin əksinə olaraq ildən ilə inkişaf strategiyası qurur. Nikoil Bankın nağd pul vəsaitləri ilə heç bir çatışmamazlığı yoxdur. İlin yekununa hazırlaşmaqla yanaşı Nikoil Bank növbəti illər üçün strateji inkişaf yolunda öz fəaliyyətini uğurla qurmaqda davam edir. Nikoil Bank müştəri itkisi ilə deyil əksinə ölkədən və xarici ölkə vətəndaşlarından depozitlər qəbul edir və bütün bank xidmətlərini müştərilərə göstərilməsində heç bir məhdudiyyət müşahidə olunmur. Əlavə olaraq bildiririk ki, sözügedən yazılar ölkədə iqtisadi inkişafı ləkələmək və əhalidə əsassız ajiotajın yaradılması, eləcədə Bankın işgüzar nüfuzuna xələl yetirmək xarakteri daşıyır”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook