Nigeriya: OPEC digər istehsalçılarla Rusiyada toplaşacaq
Mart 04
14:47
2016
Nigeriyanın neft naziri, Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC) aparıcı üzvlərinin, istehsalın dondurulmasına dair dair danışıqlara yenidən başlamaq üçün, 20 Martda Rusiyada digər neft istehsalçıları ilə görüşəcəyini açıqlayıb.
Nigeriyanın Neft Mənbələri üzrə Dövlət Naziri Emmanuel Ibe Kachikwu, Cümə günü ölkəsinin paytaxtı Abujada etdiyi açıqlamada, iclas keçirilən zaman, "dramatik qiymət hərəkəti olacağını" deyib.
Fevralın 16-da Dohada Səudiyyə Ərəbistanı, Rusiya, Qətər və Venesuela hədsiz təklif vəziyyəti ilə mübarizə aparmaq üçün digər istehsalçıların da iştirak etməsi vəziyyətində, istehsalı dondurmaq barədə razılığa gəlmişdilər.
Kachikwu, "Həm Səudiyyə, həm Ruslar, hamı yenidən masaya qayıdır" deyib və istehsalçıların ümumi olaraq xam neft qiymətlərinin barrelinin 50 dollar səviyyəsinə gəlməsini istədiyini sözlərinə əlavə edib.
Enerji Nazirliyinin internet saytında yayımlanan açıqlamaya görə, Rusiya danışıqlarda iştirak edəcəyini təsdiq edib, toplantının zaman və tarixinin hələ də müzakirə edilməkdə olduğu qeyd edilib.
Xəbərin ardınca, Brent neftinin qiyməti 37,35 dollara, ABŞ xam nefti 35,32 dollara çıxıb.
Ancaq analitiklər, beynəlxalq sanksiyaların qaldırılmasının ardından istehsalını artırmaq niyyətində olan İranın razılaşmanı "gülməli" kimi qiymətləndirməsi ilə əlaqədar olaraq, istehsalın dondurulmasına dair bir razılaşmanın çox təsirli olmayacağını düşünürlər.
Kachikwu, İranın bu tolantıda iştirakına dair bir məlumat verməyib.
Qlobal.az



