SON XƏBƏR

Nigar Camal narazıçılığının səbəbini açıqladı: "DYP iki gündə maşınımı 6 dəfə saxlayıb" (VİDEO)

İyun 20
06:50 2017
Xəbər verdiyimiz kimi, "Eurovision 2011” qalibi Nigar Camal Dövlət Yol Polisi (DYP) əməkdaşlarının kobud rəftarı ilə bağlı status yazıb.

Qlobal.az-ın məlumatına görə, Apa Tv-ə bu barədə müsahibə verən ifaçı maşınının DYP tərəfindən 2 gündə 6 dəfə saxlanıldığını bildirib:
 
"Beşinci gün Londondan gəlmişəm. İki gün ərzində məni 6-7 dəfə saxlayıblar. O qədər hörmətsiz danışıblar ki, mənimlə. Qayda, qanunu da pozmamışam. Pozanda deyirəm ki, cəriməni yazın, ödəyəcəyəm. Adam yorulur, bezir. Buna "stop” demək lazımdır”.
Nigar iki gündə DYP tərəfindən bir neçə dəfə saxlanılmasının səbəbsiz olduğunu söyləyib:
 
"Saxlayıb, sənədlər yerindədir. Kəmərsiz sürmürəm. Sonra qayıtdı ki, telefon əlində idi. Bu maşında isə telefonun əldə saxlanılmasına ehtiyac yoxdur. Lazım olsa, nömrəni sükandakı düymə vasitəsilə yığa bilərəm. Sonra qayıtdı ki, işarəni görmədin. İnanırsınız, elə yolda gedirəm ki, orada işarəni görmək imkansızdır. Hələ bilmirəm ki, doğrudan işarə göstərilib, ya yox”.
 
İllərdir Londonda yaşayan ifaçı orada bir dəfə də olsun, belə halla  qarşılaşmadığını bildirib:
 
"14 ildir Londonda yaşayıram. Amma bizdə polislər üçün yaradılan şərait onlarda yoxdur. Odur ki, bizim polislər milləti sevməli, hörmət etməlidirlər. Siz bizi qorumalısınız”.
 
N.Camal təkcə özünün yox, atasını da bu yaxınlarda DYP əməkdaşları tərəfindən əsasız saxlanıldığını vurğulayıb.
 
Məsələ ilə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, artıq araşdırma başlayıb:
"Statusda təsvir olunan hadisənin harada, nə zaman baş verdiyi, ona qarşı hansı əməkdaş tərəfindən kobudluq edildiyi barədə dəqiq informasiya olmadığına görə bizə ətraflı məlumat verməsi lazımdır. O ki qaldı müğənninin yol polisi haqqında kobud ifadə işlətməsinə, hesab edirik ki, bu, düzgün və inandırıcı deyil”.
 
Qlobal.az
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook