SON XƏBƏR

Niderlandda 100-dən çox nümayişçi saxlanılıb

Yanvar 18
04:19 2021
Niderland hüquq-mühafizə orqanlarının əməkdaşları Amsterdamda etiraz aksiyasında iştirak edən 115 nəfəri saxlayıb.

Bu barədə "Report” "TASS”a istinadən xəbər verir.

Bildirilib ki, yeddi nəfər polis əməkdaşlarına qarşı törətdiyi şiddətə, digərləri polisin əmrini yerinə yetirməkdən imtina etdiklərinə görə tutulublar.

Bundan əvvəl Amsterdam polisi etiraz aksiyasında iştirak edənləri dağıtmaq üçün su şırnağından istifadə edib.

Qeyd edək ki, Niderlandda minlərlə ailə haqsız olaraq uşaq müavinəti sistemindən sui-istifadə etməkdə ittiham edilərək cərimə olunublar. Bəzi hallarda insanlar evlərini, işlərini və uşaqlarının qəyyumluğunu itiriblər. Bundan sonra Niderlandın baş naziri Mark Ryutte hökumətinin istefası üçün kral Villem-Alexandera müraciət edib.





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook