SON XƏBƏR

Niderland səfiri Xarici İşlər Nazirliyinə çağırıldı

Noyabr 25
14:23 2022
25 noyabr tarixində Niderland Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Paulin Eizema Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə dəvət edilib.

XİN-dən Qaynarinfo-ya verilən xəbərə görə, görüşdə Niderland Krallığının Baş nazirinin müavini, xarici işlər naziri Vopke Hoekstranın 23 noyabr tarixində Niderland Parlamentinə ünvanladığı və guya Azərbaycan Silahlı Qüvvələri tərəfindən hərbi cinayətlərin törədilməsi barədə bəzi iddiaların əks olunduğu məktubla bağlı narazılıq diqqətə çatdırılıb.

Görüşdə Ermənistan silahlı qüvvələri tərəfindən hələ birinci Qarabağ müharibəsindən etibarən nəinki azərbaycanlı hərbçilərə, mülki şəxslərə qarşı misli görünməmiş qırğınlar törədildiyi, yalnız bir gecədə 1992-ci ilin 26 fevral tarixində Xocalı şəhərində 613 mülki şəxs xüsusi qəddarlıqla qətlə yetirildiyi, bu günədək 4000-ə yaxın azərbaycanlının taleyi barədə heç bir məlumat verilmədiyi diqqətə çatdırılıb. Ermənistan tərəfindən 2020-ci ilin oktyabrında Azərbaycanın Gəncə, Bərdə, Mingəçevir şəhərlərinin mülki əhalisini raket hücumuna tutularaq insanlıq əleyhinə cinayətlər törədildiyi bildirilib.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook