Niderland parlamenti Rusiyanı terrorçuluğun himayədarı kimi tanıyıb
Noyabr 25
10:49
2022
Niderland parlamenti Rusiyanı terrorun himayədarı olan dövlət kimi tanıyıb və onun Ukraynadakı hərəkətlərini terrorizm adlandırıb.
"Report" xəbər verir ki, bu barədə "Trouw" portalı məlumat yayıb.
Qərar partiyaların əksəriyyəti tərəfindən dəstəklənib.
Bundan başqa, partiyaların böyük əksəriyyəti hökumətin humanitar, diplomatik və hərbi sahədə Ukraynaya dəstək siyasətini bəyəniblər.