SON XƏBƏR

“Netanyahunu silib atdıq” – Ərdoğan

Noyabr 04
15:37 2023
"Hazırda heç bir əlaqəm yoxdur. Netanyahu artıq bizim danışa biləcəyimiz biri deyil. Biz onu silib atdıq”.

"AzPolitika.info” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının "Türk Əsri” çağırışı altında Qazaxıstanın paytaxtı Astanada keçirilən 10-cu yubiley Zirvə görüşündən qayıdarkən jurnalistlərə müsahibəsində bildirib.

Ərdoğan əlavə edib ki, hər şeyə rəğmən beynəlxalq diplomatiyada əlaqələrin tamamilə kəsilməsi mümkün deyil:"Hazırda xarici işlər naziri Hakan Fidan, Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın və digər nazirlər diplomatiyanın bütün imkanlarından istifadə edirik və bundan sonra da istifadə edəcəyik. Bizim əsas məqsədimiz İsrail-Fələstin məsələsində yekun sülhün bərqərar olmasıdır. Biz bunun üçün təşəbbüs göstəririk və həll yolları axtarırıq. Qan tökülməsinin dayandırılması və sülhün bərqərar olması üçün nə lazımdırsa edəcəyik. Məqsədimiz həm bölgəmizi, həm də ölkəmizi rahatlaşdıracaq daimi və davamlı sülhə nail olmaqdır. Biz bunu təmin etmək üçün çağırışlar edirik, məsələn, bütün tərəfləri eyni konfransda bir araya gətirmək istəyirik”.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook