Netanyahu Trampın Nobel sülh mükafatına namizədliyini açıqlayıb

İyul 08
08:59
2025
İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampın Nobel sülh mükafatına namizədliyini irəli sürdüyünü açıqlayıb.
"Report"un məlumatına görə, İsrailin Nazirlər Kabinetinin rəhbəri bunu Ağ Evdə Amerika lideri ilə görüşdə deyib.
"Mən sizə Nobel Komitəsinə göndərdiyim məktubu vermək istəyirəm. O, sizi sülh mükafatına namizəd göstərir. Siz buna layiqsiniz və onu almalısınız", - Netanyahu deyib.