Netanyahu: İranın Suriyaya hərbi müdaxiləsinə yol verilməyəcək
Aprel 12
10:23
2018
İsrailin baş naziri Benyamin Netanyahu Rusiya prezidenti Vladimir Putinlə telefonla danışıb.
Trend-in məlumatına görə, telefon danışığı zamanı tərəflər əsasən Suriya məsələsi ətrafında fikir mübadiləsi aparıblar.
Benyamin Netanyahu deyib ki, İranın Suriyaya hərbi müdaxiləsinə yol verilməyəcək.
Vladimir Putin isə israilli naziri Suriyada qeyri-sabitlik yaradan hər hansı addımdan çəkinməyə çağırıb.