Netanyahu 5-ci dəfə İsrailin baş naziri olacaq
Aprel 12
10:40
2019
İsraildə keçirilən parlament seçkilərində hakim "Likud” partiyası ən çox səs toplayan siyasi qüvvə olub.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Dairəsi açıqlama verib.
Səslərin toplanmasından sonra "Likud” partiyası 26,45%, "Kaxol-Lavan” mərkəzçi bloku 26,11% səs toplayıb.
Seçkilərin yekun nəticələri aprelin 17-də elan olunacaq. 120 yerlik Knessetdə Netanyahunun partiyası 36, mərkəzçi blok isə 35 səs toplayıb.
Benyamin Netanyahu 1996-1999-cu illərdə və 2009-cu ildən İsrail hökumətinə başçılıq edib.