SON XƏBƏR

Nəsimi sakinləri: "Biz bilmirik, İqrar Sadıqov "jek" müdiridir, yoxsa biznesmen?"

Fevral 07
00:25 2025
Nəsimi rayonu 52 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi İqrar Sadıqovun fəaliyyətindən sakinlər narazılıq edir. 
 
Qlobal.az-ın elektron poçtuna məktub göndərən sakinlər İqrar Sadıqovun əraziyə baxmadığını, yaşayış binalarının həyətində şlanqbaum qoyaraq vəziyyəti daha da qəlizləşdirdiklərini yazırlar. 
 
Mənzil Kommunal İstismar Sahəsinin rəisinin fəaliyyətindən narazılıq edən sakinlər deyirlər ki, uzun müddətdir ölkənin müxtəlif qurumlarına yazdıqları şikayət ərizələrinə baxılmır. Onlar bunun səbəbini İqrar Sadıqovun yuxarı instansiyalarda yaxınlarının olması ilə əlaqələndirirlər:
 
"Bakı şəhərinin mərkəzində olan Süleyman Rüstəm küçəsi, ev 33 ünvanında acınacaqlı durum hökm sürür. Sanki bu məhəllə 2025-ci ildə yox, 1995-ci illərdədir. Dəfələrlə aidiyyatı qurumlara məktub ünvanlamışıq. Lakin heç bir əməli addım atılmır. Həmişə məktubumuza formal cavab verilir. Həyətimizdə bir dənə də olsun skamya yoxdur. Binaların pilləkanları dağılır. Çox dəhşətli bir vəziyyətdir"-deyə, sakinlər qeyd edir.
 
Narazı sakinlər daha sonra yazırlar:
 
"İqrar Sadıqov 600-700 manat maaş alsa da işə 60-70 minlik "Land Cruiser"lə gəlib-gedir. Sual edən yoxdur ki, bu avtomobili nə ilə almısan? Biz bilmirik, İqrar Sadıqov "jek" müdiridir, yoxsa biznesmen?".
 
Qlobal.az məsələ ilə bağlı Nəsimi rayon İcra Hakimiyyətindən mövqe öyrənə bilmədi. 
 
Qarşı tərəf mövqe sərgiləyə bilər.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook