Prezident və birinci xanım Xocavəndin Xanoba kəndində olubAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 18-də Xocavənd rayonunun Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə ..
“Nar”ın dəstəyi ilə “Breyn Rinq”in yeni mövsümünə start verilir"Nar”ın dəstəyi ilə keçirilən "Breyn Rinq” intellektual yarışının 27-ci mövsümünə start verilir. Yeni mövsümdə ölkənin müxtəlif regionlarını və ali təhsil müəssisələrini təmsil edən komandalar biliklə..
SEPAH ABŞ-nin Bəhreyn və BƏƏ-dəki hərbi bazalarına hücum edibİran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin Bəhreynin cənubunda yerləşən (Fars körfəzi sahili - red.) "Şeyx İsa" və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidən 32 kilometr məs..
Hikmət Hacıyev Azıx mağarası ilə bağlı paylaşım etdiAzərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xocavənddə yerləşən Azıx mağarası ilə bağlı paylaşım edib.
Qlobal.az xə..
Nəsimi rayonunda özbaşınalıq: Zahid Xəlilov “Çinar” kafesində qanunsuz tikintiyə icazə verib – VİDEO
Asif Əsgərov ötən il sentyabrın 1-də keçirilmiş növbədənkənar VII çağırış Milli Məclisə seçkilərdə deputat seçiləndən sonra dövlət başçısının sərəncamı ilə Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildi.
O vaxtdan Nəsimi RİH-nin başçısı kreslosu boşdur. Həmin vəzifəni müvəqqəti olaraq RİH başçısının müavini Zahid Xəlilov icra edir. Özü də necə?!
Hazırki vəziyyət budur ki, RİH aparatında vətəndaşların qəbulu ilə məşğul olan, müraciətlərinə baxan yoxdur. Başqa müavinlər də hərə öz bildiyini edir, Xəlilovun sözünü eşidən yoxdur.
Lakin o da az bilmir, zəhmətsiz gəlirlərin əsas mənbəyi olan tikintiyə nəzarət sahəsini ələ keçirib. Xəlilovun bu işdə ən yaxın silahdaşı RİH-nin memarı Ələskər Rüstəmovdur. Əslində onların qeyd olunan müstəvidə işləri iş görməməkdən, daha doğrusu, qanunsuz tikililəri apran şəxslərə "səni görmüşük, sən də bizi gör” deməkdən və göz yummaqdan ibarətdir. Yox, imanımızı yandıra bilmərik, özbaşına, Tikinti Məcəlləsini tələblərinin müşayiəti ilə inşaat həyata keçirənlərə "çətir” tövsiyə edirlər. Bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə, Nəsimi rayonu, Mir Cəlal küçəsi – 254 ünvanla Həsən Seyidbəyli küçəsinin kəsişməsində yerləşən "Çinar” restoranının arxasında qanunsuz kabinetlər inşa edilir. Öyrəndiyimiz qədərincə, sözügedən kabinetlərin inşasına görə icazə alınmayıb. Bu isə Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinin pozulması deməkdir. Bu naqisliyi Nəsimi Rayon İcra Hakimiyyətinin də, Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin də, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin də, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq Ərazi İdarəsinin də görməmələri qeyri-mümkündür. Nəzarətedici qurumların vəzifəli şəxslərinin sahibkara əlavə qazanc gətirəcək həmin qanunsuz kabinetlərin inşasına təmənnasız göz yummasına inanmaq sadəlövhlük olar.
Redaksiya olaraq, müvafiq qurumların aşkarladığımız qanunsuzluğa münasibətlərini rəsmi sorğu məktubları ilə öyrənməyə çalışacağıq.