"VEST PARK” MMC tarixi binaya ziyan vurub - RəsmiBakıda təmir zamanı tarixi abidəyə zərər vurulub.
Qaynarinfo xəbər verir ki, bu barədə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti məlumat yayıb.
Bildirilib ki, Bakı şəhəri, ..
Tramp İlham Əliyevə təşəkkür etdiAmerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.
Mətndə deyilir:
"Hörmətli cənab Prezident.
Nobel Sülh Mükafatına n..
Hikmət Hacıyev Qətərin dövlət naziri ilə görüşdüAzərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Qətərin beynəlxalq əməkdaşlıq üzrə dövlət naziri Məryəm bint Əli bin Nasir ..
“Nar”ın “Çoox Şanslı” lotereyasında 6-cı avtomobil sahibini tapdı!Sərfəli mobil operator "Nar” "Çoox Şanslı” stimullaşdırıcı lotereyası çərçivəsində növbəti qalibini elan edib. Belə ki, altıncı "Haval H6 Ultra” avtomobilinin sahibi Ramil Abdullayev olub. "Nar” qalib..
Paytaxtın Nəsimi rayonunda qanunsuz tikinti zamanı səkini belə zəbt etdilər.
Xalq.az-ın məlumat verir ki, Nəsimi rayonu Mirmahmud Kazımovski küçəsində iki mərtəbəli qanunsuz obyektin tikintisinə niyə icazə verirlib.? Qanunsuz tikintilərə "yaşıl işıq” yandıran dövlət qurumlarından biri də Nəsimi rayon icra hakimiyyətidir.
Sosial platformada və mətbuatda mütəmadi Nəsimi rayonu ərazisində yaşıl ağacların kəsilməsi və qanunsuz obyektlərin tikintisi ilə bağlı yazılar dərc olunur. Lakin belə məsələlərə aidiyyatı qurumlar heç bir lazimi tədbir görmür.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmi məlumat bazasında Nəsimi rayonu M. Kazımovski küçəsində hər hansı bir tikinti barədə rəsmi qeyd və məlumat göstərilməyib.
Məsələ ilə bağlı Nəsimi r rayon icra hakimiyyətindən münasibət öyrənmək mümkün olmadı.
Həmçinin qanunsuz tikinti ilə bağlı Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsində heç bir açıqlama verilmədi.(Xalq.az)
Aidiyyatı qurumların mövqeyini dərc etməyə hazırıq.