Nəsimi rayonunda qanun pozuntusu- Referendum sabotajı yoxsa məmur səhlankarlığı?- VİDEO
Sentyabr 26
17:43
2016
Sentyabrın 26-da Azərbaycan Konstitusiyasına dəyişiklik üçün keçirilən ümumxalq səsverməsi- referendum davam etməkdədir.
Seçicilərin yüksək fəallığı müşahidə olunan seçki qanunauyğun formada aparılır. Bir çox seçki məntəqələrində müxalifət nümayəndələri provakasıya yaratmaq istəsələr də "niyyətləri" baş tutmayıb. Ancaq bəzi seçki məntəqələrində məntəqə nümayəndələrinin səhlənkarlığı və məsuliyyətsizliyi ucbatından xoşagəlməz hallar baş verib. Səhlənkarlıq və məsuliyyətsizliyin baş verdiyi məntəqələrdən biri də 23 saylı Səbail- Nəsimi seçki dairəsinin 7 saylı məntəqəsidir. Belə ki, burada aydın hiss olunur ki, qutuya bülleten atan xanımlar sadəcə olaraq seçki haqqında informasiyasızdırlar. Onları qanuna uyğun halda məlumatlandırmaq məntəqə üzvlərinin vəzifə borcu olsa da təəssüflər olsun ki, bunu etməyiblər. Və nəticədə bu cür xəşagəlməz hal yaşanıb.
Ümumilikdə ilk gündən xalqımızın yüksək əhval-ruhiyyə ilə keçirdiyi Referenduma kölgə salan kadrı təqdim edirik:
Qlobal.az



