SON XƏBƏR

Nəsimi rayon İcra Hakimiyyətinin başçısı ərazidə sakinlərlə görüşüb - FOTO

Dekabr 24
17:19 2019
Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Nəsimi rayonu, Namiq Məlikov küçəsi ərazisində sakinlərlə görüşmüşdür. O, sakinləri narahat edən məsələlərlə maraqlanmış, onların müraciətlərini dinləmişdir. Eyni zamanda kanalizasiya xəttinin təmiri,  su nasosu qurğusunun yenilənməsi ilə bağlı əvvəl verilmiş tapşırıqların icrasının gedişi barədə Xidmət sahələri rəhbərləri məlumatlar vermiş və sakinlərlə birlikdə müzakirələr aparılmışdır.

Müraciətlərlə bağlı rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin  məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir.
 
Qlobal.az 
 

 

 

 

 

 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook