Nərimanov rayonunda referenduma hazırlıq işləri uğurla davam etdirilir
Avqust 30
09:03
2016
Sentyabrın
26-da keçiriləcək referendumla bağlı 18 saylı Nərimanov- Nizami, 19 saylı Nərimanov birinci və 20 saylı Nərimanov ikinci seçki
dairəsi dairə seçki komissiyaları və onların əhatə etdiyi məntəqə seçki
komissiyaları tərəfindən aparılan hazırlıq işləri uğurla davam etdirilir.
Qlobal.az xəbər verir ki, referendumun tam şəffaf və
demokratik şəraitdə keçirilməsi üçün seçki məntəqələri lazımi texniki
avadanlıqlar və metodiki vəsaitlərlə, fasiləsiz rabitə və elektrik sistemi ilə
təchiz olunub. Səsvermə kabinələri quraşdırılıb, seçki qutuları və lazımi
inventar avadanlıqlar gətirilib, seçici siyahıları və məlumat lövhələri asılıb.
Hazırda referendumun keçirilmə vaxtı və seçki məntəqələrinin yeri barədə
bildirişlər yazılır və yaxın günlərdə seçicilərə paylanılacaq.
Bundan əlavə,
dairə seçki komissiyaları tərəfindən yerli müşahidəçilərin qeydiyyatı da
aparılır.
18 saylı Nərimanov- Nizami seçki
dairəsinin sədri İslam Muradovun Qlobal.az-a verdiyi məlumata görə, bu dairədə 32
əsas 3 qapalı (hərbi hissələr) seçki məntəqələri üzrə 42868 seçici qeydiyyatdadır.
19 saylı Nərimanov birinci seçki
dairəsinin sədri Etibar Abdullayevin saytımıza verdiyi məlumata görə isə bu
dairədə 35 seçki məntəqəsi üzrə 45690 seçici qeydiyyatdadır.
20 saylı Nərimanov ikinci seçki
dairəsində isə DSK sədri Qoşqar Məmmədovun məlumatına görə, 33 seçki məntəqəsi
üzrə 44049 seçici qeydiyyatdadır.
Qeyd edək ki, avqustun 22-dən 24-dək 18
saylı Nərimanov- Nizami, 19 saylı Nərimanov birinci və 20 saylı Nərimanov
ikinci seçki dairəsi dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki
komissiyalarının sədrləri üçün referendumla bağlı ixtisaslaşdırılmış kurslar
təşkil edilib. Bu günlərdə isə məntəqə seçki komissiyalarının üzvləri üçün
maarifləndirmə xarakterli kurslar təşkil olunacaq.
Qlobal.az



