SON XƏBƏR

Nərimanov rayonunda qanunsuz tikintiləri Rüfət Əhmədzadə himayə edir? - VİDEO

Aprel 21
23:23 2025
İnşası başa çatdırılan obyektin tikinti üçün icazə sənədlərinin olmadığı bildirilir.

Ötən həftə paytaxtın Nərimanov rayonunda qanunsuz obyekt inşa edilməsi barədə məlumat vermişdi. Həmin məlumatda bildirmişdik ki, qısa zamanda inşa edilən obyektin tikintisinə "icazəni" Nərimanov rayon İcra Hakimiyyəti tərəfindən verilib.

Sosial şəbəkələrdə yayılan məlumatlarda iddia edilir ki, Nərimanov rayonunda inşa edilən obyekt rayonda vəzifə tutan məmurlardan birinə məxsudur. Qısa zamanda inşası başa çatdırılan obyektin tikintisi üçün icazə sənədlərinin olmadığı iddia edilir.

Bildirək ki, Nərimanov rayonunda tikinti işlərinə nəzarət  və "icazə" işlərinə icra hakimiyyətinin  rayon təsərrüfatı şöbəsinin müdiri Rüfər Əhmədzadənin rəhbərlik etdiyi deyilir. 

Məsələ ilə bağlı araşdırmamız davam edir.(azfakt.com)

Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq.
 
Qlobal.az
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook