Nərgiz Paşayeva təltif edildi
İyun 20
12:25
2018
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik, Moskva dövlət Universitetinin Bakı filialının rektoru Nərgiz Paşayeva elm sahəsində "Birlik ulduzları” mükafatına layiq görülüb.
Qlobal.Az oxu.az-a istinadən xəbər verir ki, mükafat MDB-yə üzv olan dövlətlərin yaradıcı və elmi ziyalılarının Astanada keçirilən XIII forumunda təntənəli mərasimdə təqdim olunub.
Laureatlar arasında SSRİ Xalq artisti, dirijor Yuri Başmet (Rusiya), skripkaçı Ayman Musaxacayeva (Qazaxıstan), şair Nizom Kosim (Tacikistan), ədəbiyyatşünas Abdıldajan Akmataliyev (Qırğızıstan), belaruslu biatlonçu Darya Domraçeva və başqaları olub.
Mükafatın məbləği iki milyon rubldur (53,4 min AZN).
"Birlik ulduzları” mükafatı 2009-cu ildə təsis edilib. Müxtəlif illərdə aktyor Asanali Aşimov (Qazaxıstan), baletmeyster Yuri Qriqoroviç (Rusiya), riyaziyyatçı Nusrət Rəcəbov (Tacikistan) və başqaları bu mükafata layiq görülüb.
MDB-yə üzv olan dövlətlərin yaradıcı və elmi ziyalılarının Astanada keçirilən XIII forumu iyunun 19-20-də keçirilib.