Nəqliyyat sektorunda növbəti “yeyinti” - Regionlarda beynəlxalq avtovağzallar kimə lazımdır?
Oktyabr 04
23:25
2016
Akif Nəsirli:"Bütün regionlarda avtovağzallar tikmək məqsədəuyğun deyil”
Azərbaycan hökuməti sərhədlərdə beynəlxalq avtovağzalların inşasına 10 milyon manat ayıracaq. Bununla bağlı Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəhbəri Elnur Abdullayev Milli Məclisə artıq layihə təqdim edib. O, avtovağzalların inşası üçün vəsaitlərin ayrılmasını 2017-ci ildə gözlədiklərin bildirib:
"2018-ci ilin əvvəlində tikinti işlərini başa çatdırmağı planlaşdırırıq. Hər avtovağzalın tikintisinə 2 milyon manat sərf olunacaq. Belə bir məbləği isə daha müasir, yüngül tikinti konstruksilayalarının və materialların hesabına əldə etmək mümkün oldu”. Onun sözlərinə görə, Dövlət Avtomobil Nəqliyyatı Xidməti həm yerli, həm xarici investorlarla əlavə sərmayə yatırılması üçün danışıqlar aparır: "Xarici investorlar arasında ən çox əməkdaşlıq təklifləri Türkiyə nümayəndələridir, çünki bütün tranzit marşrutlar bu ölkənin ərazisindən keçir”.
Yaranmış qlobal situasiyaya uyğun olaraq xarici dövlətlər öz büdcə xərclərini azaldır. Belə olan halda Azərbaycanda bu cür gəlir gətirməyən layihələrə milyonlarla vəsait ayırması, açığı, anlaşılmazdır. Ekspertlər bunun yeni qazanc mənbəyi olduğunu bildirirlər. Məlumat üçün qeyd edək ki, rayon avtovağzalları yenidən bərpa olunub. Onu da vurğulamaq yerinə düşər ki, yeni tikilmiş Bakı Beynəlxalq Avtovağzalı yağış yağan kimi su altında qalır. Maraqlıdır ki, tikiləcək olan avtovağzallar Bakı Beynəlxalq Avtovağzalından nə ilə fərqlənəcək? Ümumiyyətlə, şəhərlərdə yeni avtovağzalların tikilməsinə ehtiyac varmı?

"Beş avtobusu qəbul etməyə xırda tikili də bəsdi”
İqtisadçı ekspert Akif Nəsirli "Cümhuriyət”ə bildirib ki, bütün regionlarda avtovağzallar tikmək məqsədəuyğun deyil: "Azərbaycan üçün Bakı, Sumqayıt, Gəncə, Yevlax, Lənkəran və Naxçıvan kimi şəhərlərdə iri tutumlu böyük avtovağzalların olması vacibdir. Məsələn, Qəbələ rayonuna gün ərzində 5 avtobus gedir. Bunun üçün vəsait ayırıb böyük kommunikasiyalı avtovağzal tikməyə nə ehtiyac var? Beş avtobusu qəbul etmək üçün xırda bir tikili lazımdır. Bu da bütün rayonlarda var. Hesab edirəm ki, bütün regionlarda avtovağzallar tikmək məqsədəuyğun deyil. Sovet dövründə daha böyük qurğularla təchiz olunmuş binalar var idi. Hazırkı hökumət həmin binaları özəlləşdirdi. Bu gün yenidən həmin avtovağzal layihələrini icra etmək istəyir. Regionlardakı avtovağzalları indi bərpa etmək lazım idisə, onları niyə məhv edirdiniz? Həmin avtovağzalların yerində şadlıq sarayları tikildi. Əgər bu obyektlər 5 il sonra lazımdırsa, onu özəlləşdirməyə nə ehtiyac var? Bu cür layihələrin ortaya atılması korrupsiyadan başqa bir şey deyil. Ola bilsin ki, məmurlar hökuməti inandıra bilir ki, həqiqətən də buna ehtiyac var. Ya da ki, hökumət özü aldanmağa meyllidir. Əgər ağıllı hökumət olsaydı, hətta inandırıcı layihə təklif etmiş olsaydılar belə, hökumət dərhal tender elan edərdi. Əgər pulumuz çox olsaydı, bu cür layihələrə vəsait ayırmaq bəlkə də qəbahət olmazdı. Amma bu cür maliyyə çətinliyi dövründə iqtisadi cəhətdən səmərəli olmayan layihələri reallaşdırmağa ehtiyac yoxdur.

Büdcədən ayrılan vəsait iqtisadi baxımdan konkret səmərəli olmalıdır. Yəni, ora ayrılan vəsait dövlət büdcəsinə pul gətirməlidir. Uzaqbaşı 5-10 ilə öz xərcini çıxartmalıdır. Regionlarda tikiləcək avtovağzallar bu cür səmərəli layihələr deyil. Ora ayrılacaq olan 10 milyon manat neçə ilə dövlət büdcəsinə qayıdacaq? Öncə bu kimi suallara cavab tapmaq lazımdır. Səmərəsiz layihələr dövlət büdcəsini korrupsiyaya yem etmək yoludur. Ölkə iqtisadiyyatına cavabdeh olan şəxslər bu məsələlərin qarşısını almalıdır. Çünki vəsait tükənəndə işsizlər ordusu yaranır, bu zaman hökumətin də problemi yaranır. Səmərəli layihələr hamıdan çox hökumətə lazımdır”.
Qlobal.az